İMADƏDDİN NƏSİMİ
ROY_6051

İMADƏDDİN NƏSİMİ

İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və filosofu, Azərbaycan dilində yazan ilk şairlərdən biridir. Onun yaradıcılığı təsəvvüf baxışlarını əks etdirən mistik və fəlsəfi fikirlərlə zəngindir. Nəsimi hürufiliyin tərəfdarı olub, əqidəsinə görə təqib və edam edilib. Onun dərin mənəviyyat və fəlsəfi düşüncələrlə dolu şeirləri Azərbaycan və fars ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. İmadəddin Nəsimi qəzəllərini əsasən əruz vəznində yazmışdır. Onun yaradıcılığının uğuru da məhz əruz vəznində yazdığı lirik şeirlərdədir. O, əruz vəzni ilə türk dilini daha yaxşı ahəngə salmışdır. İmadəddin Nəsimi Divan ədəbiyyatının banisi sayılır. Onun ərəb dilində divan ədəbiyyatı olması barədə heç bir yerdə məlumat yoxdur. Lakin o, fars dilində beş mindən artıq misrası olan divan yaratmışdır. Azərbaycan dilində isə bu rəqəmlər daha artıqdır. Onun türk dilində yaratdığı divanda misra on beş min təşkil edir.İmadəddin Nəsiminin 1417-ci ildə dünyasını dəyişdiyi bildirilir. Onun məzarı Suriyanın hələb şəhərində yerləşir. UNESKO 1971-ci ildə dahi şair üçün 600 illik yubiley keçirilmişdir. Keçirilən yubiley zamanı ilk dəfə İmadəddin Nəsimi haqqında film ekranlara verilmişdir